Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov Bakıda növbəti səyyar-qəbul keçirib

0

  •          Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.         Vətəndaşlarla görüşün ən səmərəli forması olan səyyar-qəbulların keçirilməsi Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən uğurla davam etdirilir. Rayonumuzun icra başçısının növbəti belə görüşü fevralın 17-də cari ayda vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi-20-də baş tutdu. Görüşdə Şahmar Usubovla birgə, Xocalı rayon prokuroru Əvəz Əliyev, rayon icra hakimiyyəti başçısının Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizov da iştrak etdilər.         Görüşdə məcburi köçkün vəsiqəsinin verilməsi, vaxtı bitmiş məcburi köçkün vəsiqəsinin dəyişdirilməsi, ayrı təsərrüfat kimi qeydiyyata alınma, müalicə olunmaq üçün maddi köməklik və digər məsələlər barədə müraciətlər oldu.       İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi. İrəli sürülən bəzi məsələlər yerindəcə həllini tapdı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib47 dəfə
    Şahmar Usubov Bakıda növbəti səyyar qəbul keçirib

    Maraqlı gələ bilər
    56
    121
    49
    54